21 İyun 2024, 10:09
AVRO-2024
AVRO-2024-ün qrup mərhələsində unikal göstərici qeydə alınıb. Matc.az xəbər verir ki, qrup mərhələsinin II turu yeni başlamasına baxmayaraq, cərimə meydançası kənarından artıq 13 qol vurulub.
Son olaraq Danimarka yığmasının üzvü Morten Hyulmand İngiltərə ilə qarşılaşmada uzaq məsafədən fərqlənib. Müqayisə üçün əlavə edək ki, AVRO-2020-nin qrup mərhələsində 12 belə qol qeydə alınıb. DÇ-2022-də isə komandalar ümumilikdə 12 dəfə cərimə meydanı xaricindən rəqibi məyus ediblər.
Qeyd edək ki, indiyə qədər yalnız meydan sahibi Almaniya yığması pley-offa vəsiqə qazanıb.