Fransa millisinin hücumçusu Kilian Mbappe AVRO-2024-də gözləniləndən tez yaşıl meydanlara dönə bilər. Ulduz futbolçunun qrup mərhələsinin II turunda Niderlandla oyunda iştirakı istisna deyil.

Fransa millisinin hücumçusu Kilian Mbappe AVRO-2024-də gözləniləndən tez yaşıl meydanlara dönə bilər. Matc.az xəbər verir ki, ulduz futbolçunun qrup mərhələsinin II turunda Niderlandla oyunda iştirakı istisna deyil.

Bunu yığmanın baş məşqçisi Didye Deşam da təsdiqləyib. O, I turda Avstriya ilə qarşılaşmada burnu qırılan Mbappenin özünü daha yaxşı hiss etdiyini bildirib: “Mbappe özünü daha yaxşı hiss edir. Hadisələrin gedişi onun oyuna hazır olmasına doğru aparır. Hər şey düzgün istiqamətdə gedir”.

Qeyd edək ki, bu gün keçiriləcək Niderland – Fransa matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest