Almaniyalı deputat Katrin Qerinq-Ekkardt AVRO-2024-ün qrup mərhələsində keçirilən Almaniya - Macarıstan (2:0) oyunundan sonra sosial şəbəkədə paylaşım edib. Matc.az xəbər verir ki, o, “Bu komanda həqiqətən gözəldi. Bir anlıq təsəvvür edin ki, onun üçün yalnız ağdərili alman oyunçular oynayırlar”, yazmağına peşman olub.

Bundestaqın Yaşıllar Partiyasının sədr müavini buna görə ciddi tənqidlərlə üzləşib. Çox keçmədən o, statusunu silərək, yenisini yazıb və üzr istəyib: “Almanların 21%-nin milli komandada daha çox ağdərili görməyə üstünlük verməsindən üzülürəm. Mən bu komanda ilə fəxr edirəm və ümid edirəm ki, qalan 21%-i razı sala bilərik. Bunu ifadə etdiyimə görə üzr istəyirəm”.

Qeyd edək ki, qrup mərhələsinin ilk iki turunda 6 xal toplayan Almaniya yığması pley-offa vəsiqəni rəsmiləşdirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest