Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Slovakiya yığması ilə oyunu haqda danışıb.

Matc.az xəbər verir ki, Rebrov rəqib üzərində 2:1 hesablı inamlı qələbəni şərh edib.

“Oyunçular üçün çox şadam. Buraxılan qola çox yaxşı reaksiya verdik. Fasilə zamanı pressinq mövqeyimizi dəyişdik. Ehtiyat oyunçular skamyasından meydana çıxan futbolçular bizə kömək etdilər. Ən əsası, ruhumuzu ortaya qoyduq. Həqiqətən də nəticəni dəyişməyə çalışdıq və layiqli qələbə qazandıq.

Rumıniyaya qarşı çox zəif oynadıq, amma uşaqlar fərqli xarakter nümayiş etdirdilər və qələbəyə layiq idilər. Bütün diqqətimizi növbəti oyuna yönəltməliyik, lakin bu, komanda və ölkə üçün çox vacib qələbə idi”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest