Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının qrup mərhələsinin oyunları davam edir.
Matc.az xəbər verir ki, bu gün II turun son üç qarşılaşması baş tutub.
Günün ilk oyununda F qrupunda Gürcüstan Çexiya ilə heç-heçə edib – 1:1. Qrupun digər oyununda isə Türkiyə Portuqaliyaya 0:3 hesabıyla məğlub olub.
II turun son görüşündə E qrupunda yer alan Belçika Rumıniya üzərində qələbə qazanıb – 2:0.
AVRO-2024
22 iyun
II tur
F Qrupu
Gürcüstan - Çexiya - 1:1
Qollar: Mikuatadze, 45+3 (pen) // Şik, 59
“Volkspaarkstadion”
Türkiyə - Portuqaliya - 0:3
Qollar: Silva, 22, Akaydın, 29 (aq), Fernandeş, 56
“Siqnal İduna Park”
E Qrupu
Belçika - Rumıniya - 2:0
Qollar: Tielemans, 2, De Bruyne, 80
“Rayn-Energi”