"Əgər hər şey plana uyğun getsə, o zaman üç xalı götürüb pley-offa erkən yüksələ biləcəyik"

Bu gün AVRO-2024-ün qrup mərhələsinin 2-ci turunda Türkiyə millisi Portuqaliya ilə qarşılaşacaq

Matc.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Dioqu Jota Dortmunddakı “Signal İduna Park” stadionunda keçiriləcək oyun haqda fikirlərini bölüşüb.

“Bizi tamamilə fərqli oyun gözləyir. Türklər çexlərdən güclüdür və fərqli nəticəyə ümid edəcəklər. Çexiya ilə matçda olduğu kimi öz oyunumuzu tətbiq etsək üstünlük əldə edə bilərik. Əgər hər şey plana uyğun getsə, o zaman üç xalı götürüb pley-offa erkən yüksələ biləcəyik”.

Xatırladaq ki, AVRO-2024-ün qrup mərhələsinin 1-ci turunda Portuqaliya millisi Çexiyaya 2:1 hesabı ilə qalib gəlib, Türkiyə isə Gürüstan üzərində 3:1 hesablı inamlı qələbə qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest