"Montella çox təsirli komanda yaradıb, onu izləmək çox xoşdur. Amma biz Portuqaliya azarkeşləri naminə qələbə qazanmağa çalışacağıq"
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Almaniyada keçirilən Avropa çempionatının 2-ci turu çərçivəsində bu gün tutacaq qarşılaşma öncəsi açıqlama verib.
Matc.az xəbər verir ki, Martines Türkiyə millisinin futbolçusu Arda Gülərin istedadını xüsusi vurğulayıb.
“Arda Gülər sensasiyalı bir istedaddır və əla sol ayağı var. Montella çox təsirli komanda yaradıb, onu izləmək çox xoşdur. Amma biz Portuqaliya azarkeşləri naminə qələbə qazanmağa çalışacağıq”.
Xatırladaq ki, Türkiyə - Portuqaliya matçı Dortmunddakı “Signal İduna Park” stadionunda keçiriləcək. Görüşün baş hakimi qismində almaniyalı Feliks Zveyer çıxış edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.