Portuqaliyalı hücumçu Kriştiano Ronaldo fantastik futbolçu olaraq qalır və Almaniyada keçiriləcək Avropa çempionatında 6 qol vuracaq.
Matc.az xəbər verir ki, bu fikirləri TASS-a 2006-cı il dünya çempionatında Portuqaliya millisinin heyətində çıxış etmiş Fernando Meyra deyib.
“Məncə, Ronaldo Avropa çempionatının ilk oyununda yaxşı oynadı. O, meydanda olanda bütün oyunçular diqqətini özünə çəkir, çünki topla olanda təhlükəli futbolçudur. Ronaldo fantastik futbolçudur. Onun Avropa çempionatında perspektivlərini müsbət qiymətləndirirəm. Bu turnirdə altı qol vuracağını gözləyirəm”.
Xatırladaq ki, Portuqaliya millisi Avropa çempionatının qrup mərhələsinin ilk turunda Çexiya yığmasına 2:1 hesabı ilə qalib gəlib. Ronaldo bütün oyunu meydanda keçirib. O, altı Avropa çempionatında oynayan ilk futbolçu olub.