22 İyun 2024, 16:20
AVRO-2024
AVRO-2024-də xoşagəlməz hadisə yaşanıb.
Matc.az xəbər verir ki, bu, qrup mərhələsinin II turunun Polşa – Avstriya matçından sonra baş verib.
Polşa yığmasının azarkeşlərindən biri tribunadan aşıb. O, tribuna ilə meydança arasındakı boşluğa yıxılıb.
Fanat təxminən 3 metr hündürlükdən aşağı yuvarlanıb. Bədbəxt hadisə zamanı çoxsaylı ciddi zədələr alan azarkeş yerə çırpılan kimi huşunu itirib. Zərərçəkən xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Polşa bu matçda 1:3 hesabı ilə uduzub.