Çexiya millisi Gürcüstan ilə görüşdə qapıya 12 dəqiq zərbə endirib ki, bu da Avropa çempionatında qələbə qazana bilməyən komanda üçün rekord göstəricidir (1980-ci ildən).

Matc.az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat paylaşıb.

Komandalar Hamburqdakı “Volksparkstadion”da qarşılaşıblar. Görüşün baş hakimi almaniyalı Daniel Sibert olub. Oyun heç-heçə başa çatıb - 1:1.

Xatırladaq ki, Avro-2024-də Gürcüstan və Çexiya milliləri Portuqaliya və Türkiyə ilə F qrupunda mübarizə aparır. 1-ci turda Gürcüstan Türkiyəyə 1:3 hesabı ilə uduzub, Çexiya isə Portuqaliya ilə görüşdə son dəqiqələrdə məğlub olub (1:2).

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest