Portuqaliya millisinin hücumçusu Bernardo Silva 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Türkiyə ilə oyununda ən yaxşı oyunçu seçilib.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, komandalar Dortmunddakı “Signal İduna Park” arenasında qarşılaşıblar. Matçı Feliks Zveyerin (Berlin, Almaniya) rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Qarşılaşma Portuqaliya yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest