Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Türkiyə ilə oyununda (3:0) əldə etdikləri inamlı qələbəni şərh edib.

Matc.az xəbər verir ki, o, bu barədə UEFA-nın mətbuat xidmətinə danışıb.

“Düşünürəm ki, Çexiya ilə oyunda olduğu kimi eyni səviyyədə oynadıq, lakin bu dəfə ilk qolu vura bildik. Türkiyə millisi yaxşı başladı, amma biz qol vuraraq nəzarəti ələ keçirdik. Bundan sonra ehtiyatda olan digər oyunçulara oyun vaxtı verə bilərik - onlar buna layiqdirlər.

Bu, asan oyun deyildi. İnanıram ki, Türkiyə millisinin heyətində müstəsna istedadlar var, amma biz onların özünü göstərməsinə imkan vermədik. Matçın yüksək tempi bizə oyunu öz əlimizə götürmək imkanı verdi, həm də müdafiə oyunumuzda diqqətimizi cəmlədik. Qol buraxmadığımıza görə şadam”.

Xatırladaq ki, Portuqaliya millisi Türkiyəni məğlub edərək, F qrupunda birinci yeri təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest