23 İyun 2024, 01:09
AVRO-2024
Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Rumıniya ilə oyununda ən yaxşı oyunçu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Oyun Kölndəki “Rayn-Energi” stadionunda baş tutub. Görüşün baş hakimi qismində polşalı Şimon Marçiniak çıxış edib. Qarşılaşma Belçika yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.