İtaliya millisinin sabiq hücumçusu Françesko Totti İspaniya məğlubiyyətini (0:1) şərh edib. İndi növbəti mərhələyə yüksəlmək vacibdir.

İtaliya millisinin sabiq hücumçusu Françesko Totti İspaniya məğlubiyyətini (0:1) şərh edib.

Matc.az xəbər verir ki, o, bu barədə “Sky Sport Italia”ya açıqlama verib.

“İspaniya dünya səviyyəli gənc futbolçuları olan böyük komandadır. Bu matçda onlar mükəmməl idi, biz isə hamının gözlədiyi İtaliya deyildik. İndi növbəti mərhələyə yüksəlmək vacibdir. Biz İtaliya və İspaniyanı müqayisə etməyə çalışmamalıyıq. Elə gecələr olur ki, bir komanda üçün hər şey mükəmməl işləyir, digərində isə hər şey pis gedir. Sadəcə, səhifəni çevirib diqqətimizi Xorvatiyaya yönəltməliyik”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest