Avstriya ilə görüşdə burnu sınan Fransa millisinin ulduz futbolçusu Kilian Mbappenin Polşaya qarşı oynayıb-oynamayacağı diqqət mərkəzindədir.

Matc.az xəbər verir ki, Fransa yığmasının baş məşqçisi Didye Deşam Mbappenin qrup mərhələsinin 3-cü turunun Polşa ilə oyununda iştirakıyla bağlı hazırlığından danışıb.

“Çərşənbə axşamı Polşaya qarşı oynayacaqmı? Vaxtı gələndə görəcəyik. Hər şey düzgün istiqamətdə gedir, zədədən sağalır. Gün keçdikcə azalan hematoması var. Görmə qabiliyyətini bir az dəyişən maskaya alışacaq. Hər şey qaydasındadır”.

Xatırladaq ki, Mbappe 2024-cü il Avropa çempionatının qrup mərhələsinin 1-ci turunun Avstriya ilə görüşündə, fransızların 1:0 hesablı qələbəsi ilə başa çatan oyunda burnunu sındırmışdı. Bundan sonra hücumçu üçün matçlarda iştirak edə biləcəyi xüsusi qoruyucu maska ​​hazırlanıb. Lakin Hollandiya ilə görüşdə Mbappe ehtiyat oyunçular skamyasında qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest