UEFA AVRO-2024-də azarkeşlərin meydançaya qaçması ilə bağlı insidentdən sonra təhlükəsizlik tədbirlərini gücləndirəcək.
Matc.az xəbər verir ki, Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Almaniyada keçirilən Avropa çempionatının Türkiyə və Portuqaliya milli komandaları arasında keçiriləcək oyun zamanı azarkeşlərin meydana qaçması ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirəcək.
“Turnir tələblərinə riayət etmək və oxşar hadisələrin qarşısını almaq üçün stadionlarda əlavə təhlükəsizlik tədbirləri görüləcək. Təhlükəsizlik baxımından, konkret hansı tədbirlərin görüləcəyini deyə bilmirik. Xatırlatmaq istərdik ki, meydançaya istənilən müdaxilə stadionda davranış qaydalarının pozulmasıdır və stadiondan qovulmağa, hər hansı beynəlxalq matçlarda iştiraka qadağa qoyulmasına və əraziyə qanunsuz müdaxilə ilə bağlı daxili orqanlara məlumat verilməsinə səbəb olur”.