24 İyun 2024, 01:55
AVRO-2024
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin III turunda baş tutan Şotlandiya - Macarıstan matçının (0:1) ən yaxşı futbolçusu müəyyənləşib.
Matc.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, macarların heyətində Roland Şallai qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
90 dəqiqə meydanda olan 27 yaşlı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirib.