24 İyun 2024, 09:25
AVRO-2024
AVRO-2024-də 1/8 finala qrup birincisi kimi adlayan Almaniya millisi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Bundestimin üzvü Conatan Ta 1/8 finalda komandasın kömək edə bilməyəcək.
Buna 28 yaşlı müdafiəçinin sarı vərəqə limitini doldurması səbəb olub. Ta qrup mərhələsinin 3-cü turunda Şotlandiya ilə görüşdə rəqib futbolçu Bril Emboloya qarşı kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılıb. Bu, Tanın turnirdə aldığı 2-ci xəbərdarlıq olub.
Qeyd edək ki, Almaniya millisi 1/8 finalda C qrupunun ikincisi ilə qarşılaşacaq.