24 İyun 2024, 14:46
AVRO-2024
AVRO-2024-ün qrup mərhələsinin III turunda Şotlandiyanı 1:0 hesabı ilə məğlub edən Macarıstan yığması uğursuz seriyanı qırıb. Matc.az xəbər verir ki, adıçəkilən komanda Avropa çempionatlarının final mərhələlərində 8 oyunluq qələbə həsrətinə son qoyub.
Bu baxımdan antirekord isə keçmiş SSRİ yığmasına malikdi. SSRİ millisi 1988-2004-cü illər aralığında ardıcıl 9 Avropa çempionatı matçında qalibiyyət üzü görməmişdi.
Qeyd edək ki, Macarıstan yığması 3 xalla A qrupunda 3-cü yeri tutub.