Niderland millisinin baş məşqçisi Ronald Kuman Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibləri Rumıniya barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibin təhlükəli komanda olduğunu bildirib.

O, rumınların üstün cəhətlərindən də bəhs edib: “Rumınların çox aqressiv oynayacağını gözləyirəm. Onlar fiziki cəhətdən güclüdülər. Bu da onlara müdafiədə üstünlük verir və təyinatlı hissələrdə çox təhlükəlidilər”.

Qeyd edək ki, bu gün Münhendə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest