02 İyul 2024, 22:40
AVRO-2024
Rumıniya ilə AVRO-2024-ün 1/8 finalında (0:3) qol vuran Niderland hücumçusu Kodi Qakpo tarixdə iki böyük turnirdə üç və daha artıq qol vuran üçüncü niderlandlı olub.
Matc.az xəbər verir ki, bu barədə “Opta Sports” məlumat yayıb.
Hazırda 25 yaşlı futbolçu AVRO-2024-də 3 qol vurub.
Daha əvvəl bu nəticəni yalnız Conni Rep (DÇ-1974 və DÇ-1978) və Dennis Berqkamp (AVRO-1992, DÇ-1994 və DÇ-1998) göstərə bilib.
Xatırladaq ki, Qakpo AVRO-2024-ün qrup mərhələsinin 1-ci turunun Polşa ilə oyununda (1:2) qol vurmuşdu. Daha sonra hücumçu Avstriya millisi ilə 3-cü tur oyununda (2:3) qol vurub. Turnirin 1/8 finalında Rumıniya ilə qarşılaşmada Qakpo həmçinin məhsuldar ötürmə də edib.