Naqelsmann oyunçularına AVRO-2024-ün sonunadək həyat yoldaşları və sevgililəri ilə görüşməyi qadağan edib.
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann futbolçulara qadağa qoyub. Matc.az xəbər verir ki, o, oyunçularına AVRO-2024-ün sonunadək həyat yoldaşları və sevgililəri ilə görüşməyi qadağan edib.
Bildirilib ki, qrup oyunları və 1/8 final zamanı futbolçuların həyat yoldaşlarına və sevgililərinə Bundestimin düşərgəsinə gəlməyə icazə verilib. Lakin 1/4 finaldan etibarən onlar bazaya buraxılmayacaqlar. Naqelsmann futbolçuların diqqətinin yayınmaması, bütün fikirlərini futbola yönəltmələri üçün bu addımı atıb.
Qeyd edək ki, Almaniya AÇ-nin 1/4 finalında İspaniya ilə münasibətləri ayırd edəcək. İyulun 5-də keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.