Neymar insidentlə gündəmə gəlib. Matc.az saytının məlumatına görə, Fransa kubokunun finalında "Renn"ə uduzan PSJ-nin braziliyalı hücumçusu əsəbini azarkeşdən çıxıb.

Belə ki, məyus halda mükafatını almaq üçün azarkeşlərin arasından keçən PSJ-li oyunçular azarkeşlər tərəfindən videoya çəkiliblər. Onlardan biri isə futbolçuları təhqir etməyə başlayıb. "Buffon kloundu, gedin oynamağı öyrənin" kimi sözlər işlədən azarkeş oyunçuları əsəbləşdirməyə çalışıb.

Hər kəs sakit şəkildə keçdiyi halda Neymar həmin azarkeşlə mübahisə edib. Ardınca fanatın üzünə zərbə endirən braziliyalı yoluna davam edib.

PSJ-dən isə bildiriblər ki, sözügedən azarkeş "Renn"li futbolçulardan birinin dostudur və məqsədi oyunçuları provokasiyaya çəkmək olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest