çempionlar Liqasının birinci yarımfinal oyunu üçün hakim təyinatları açıqlanıb. Matc.az saytının məlumatına görə, "Tottenhem" – "Ayaks" görüşünün idarəçiliyi ispaniyalı hakimlərə həvalə olunub.

UEFA məsul oyun üçün Antonio Migel Mateu Lahozu təyin edib. Ona yan xətdə həmyerliləri Pau Sebrian Devis və Roberto Diaz Perez del Palomar kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi isə Alberto Undiano Mallenko olacaq.

Qeyd edək ki, "Ayaks"la "Tottenhem" arasındakı yarımfinal ilk matçı aprelin 30-da keçiriləcək və saat 23:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest