28 Aprel 2019, 15:31
FUTBOL
İtaliya A seriyasının XXXIV turunda "Napoli" ilə "Frozinone" qarşılaşıb. Matc.az saytının məlumatına görə, görüş birincilərin hücumçusu Dirs Mertens üçün əlamətdar olub.
Belə ki, qarşılaşmada hesabı açan belçikalı oyunçu Neapol klubundakı qollarının sayını 81-ə çatdırıb. Bununla da əfsanəvi Dieqo Maradonaya çatan Mertens klubun ən çox qol vurmuş oyunçuları sıralamasında 3-cü pilləyə qalxıb.
İlk iki pillədə isə Antonio Voyak (102 qol) və Marek Hamşik (100 qol) qərarlaşıb.