Topaz Premyer Liqasının XXVI turu "Zirə"də debütlə əlamətdar olub. Matc.az saytının məlumatına görə, "Qarabağ"la matça (0:3) start heyətində çıxan Murad Musayev "qartallar"ın heyətində ilk Premyer Liqa görüşünü keçirib.

2014/15 mövsümündə də komandanın şərəfini qoruyan müdafiəçi 4 il əvvəl I divizionda 11 qarşılaşmada meydana çıxmışdı.

2015-ci il mayın 14-də keçirilən "Neftçala" ilə ev görüşü (1:3) Muradın "Zirə"nin heyətində son oyunu olub.

1444 gündən sonra yenidən "qartallar"ın əsas komandasında şans qazanan futbolçu bu dəfə Premyer Liqada oynamaq imkanı əldə edib. Musayevə qədər 70 futbolçu ölkə çempionatının yüksək dəstəsində "Zirə"nin formasını geyinmişdi. Müdafiəçi bu siyahıda 71-ci olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest