"Börnli"nin hücumçusu Eşli Barns maraqlı açıqlama ilə diqqət mərkəzinə gəlib. Matc.az saytının məlumatına görə, ingilis oyunçu ona Yürgüen Klopp tərəfindən stimullaşdırıcı təklif olduğunu iddia edib.

"Mançester Siti" ilə oyunöncəsi yerli mətbuata danışan oyunçu "Liverpul"un baş məşqçisinin ona mesaj yazdığını və əgər "şəhərlilər"ə qol vursa, onu komandaya gətirəcəyini bildirib.

Futbolçu bunun üçün əlindən gələni edəcəyini vurğulayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest