28 Aprel 2019, 17:30
FUTBOL
Görüş milli üzvünün komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Fərid 90 dəqiqə meydanda olub və 2 qolla komandasına qələbə qazandırıb.
çexiya Gənclər Liqasının ikinci etapında V turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın U-21 komandası da növbəti oyununu keçirib.
Komanda səfərdə "Karvina"lı həmyaşıdları ilə qarşılaşıb. Görüş milli üzvünün komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start heyətində başlayan Fərid 90 dəqiqə meydanda olub və 2 qolla komandasına qələbə qazandırıb.
Qeyd edək ki, 5 oyundan sonra aktivində 10 xal olan "Slaviya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.