Almaniya III Bundesliqasında XXXV tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Proysen" də növbəti oyununu keçirib.

Munster təmsilçisi səfərdə "Braunşvayq"la qarşılaşıb. Azarkeşlərin 6 qola şahidlik etdiyi oyunda tərəflər sülhə razılaşıblar. Hər komandanın 3 qol vurduğu qarşılaşmada tərəflər 1 xala razılaşıblar.

Rüfət oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, 35 oyundan sonra aktivində 49 xal olan "Proysen" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest