Şeydayev üçün ikinci hissə uğursuz alınıb. 48-ci dəqiqədə ilk, bundan yarım saat sonra isə ikinci sarı vərəqə ilə cəzalandırılan Ramil oyunu başa çatdıra bilməyib. "Zenit" isə daha bir qol vuraraq yekunda 4:2 hesablı qələbə qazanıb.

Rusiya Premyer Liqasında XXVI tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Ramil Şeydayevin çıxış etdiyi "Krılya Sovetov" da növbəti görüşünü keçirib.

Samara təmsilçisi Sankt Peterburqda "Zenit"ə qonaq olub. Şeydayev görüşə start heyətində başlayıb.

Oyunda hesabı meydan sahibləri açıb. Ardıcıl 3 qol buraxan qonaqlar ilk hissənin sonuna yaxın iki qolla fərqi azaldıb.

Əvvəlcə 40-cı dəqiqədə Ramil Şeydayevin ötürməsi ilə Tkaçuk fərqlənib. 44-cü dəqiqədə isə Tkaçuka Ananidze yardımçı olub.

Şeydayev üçün ikinci hissə uğursuz alınıb. 48-ci dəqiqədə ilk, bundan yarım saat sonra isə ikinci sarı vərəqə ilə cəzalandırılan Ramil oyunu başa çatdıra bilməyib. "Zenit" isə daha bir qol vuraraq yekunda 4:2 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 25 oyundan sonra aktivində 27 xal olan "Krılya Sovetov" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest