Portuqaliya Sequndasında XXXI tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi "Eştoril" də növbəti oyununu keçirib.

Sözügedən komanda səfərdə "Penafiel"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Renat 66-cı dəqiqədə oyuna daxil olub.

Qeyd edək ki, 31 oyundan sonra aktivində 51 xal olan "Eştoril" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest