Milli komandamızın hücumçusu Ramil Şeydayevin Rusiya Premyer Liqasının son turunda qırmızı vərəqə alması müzakirə mövzusu olub. Matc.az saytının məlumatına görə, "Zenit"lə qarşılaşmadan sonra "Krılya Sovetov"un baş məşqçisi Miodraq Bojoviç oyunçusunu müdafiə edib.
Serbiyalı mütəxəssis sözügedən epizodda millimizin hücumçusunun günahı olmadığını bildirib: "İlk sarı vərəqə epizodunda Ramil yox, hakim emosiyalarını cilovlaya bilmədi. Futbolçuma haqq qazandırmıram. Niyə də bunu etməliyəm? Sadəcə, davanı digər oyunçu başlatdı. Şeydayev heç nə etməmişdi".
Qeyd edək ki, "Zenit"lə oyunun 40-cı dəqiqəsində məhsuldar ötürmə ilə yadda qalan Ramil ikinci hissənin əvvəlində sarı vərəqə görüb. 78-ci dəqiqədə isə ikinci "sarı"dan qırmızı vərəqə görərək, komandasını azlıqda qoyub.