"Uşaqlar bütün güclərini ortaya qoydular. Hər birimiz qələbə qazanmaq istəyirdik. Hamımız azarkeşlərimizin bizdən bunu gözlədiyini bilirdik. Hesab edirəm ki, biz bu oyunda məğlubiyyətə layiq deyildik".
"Belə bir oyunda məğlub olmaq çox cansıxıcı və üzücüdü". Matc.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin qapıçısı Emil Balayev deyib.
Qolkiperin formasını geyindiyi "Tobol" Qazaxıstan Premyer Liqasının VIII turunda səfərdə "Astana"ya məğlub olub - 1:2.
Klubun rəsmi saytına açıqlamasında qarşılaşmanı dəyərləndirən Balayev nəticənin oyuna görə olmadığını söyləyib: "Uşaqlar bütün güclərini ortaya qoydular. Hər birimiz qələbə qazanmaq istəyirdik. Hamımız azarkeşlərimizin bizdən bunu gözlədiyini bilirdik. Hesab edirəm ki, biz bu oyunda məğlubiyyətə layiq deyildik. Azarkeşlərimizə görə çox üzüldük. çünki onlar oyuna gəlib, bizi sona qədər dəstəklədilər. Gözəl oyun sərgilədik, ancaq nəticə ürəyimizcə olmadı. Yalnız müsbət emosiyalar vermək üçün səhvlərimizin üzərində çalışacağıq".