15 İyul 2024, 01:20
AVRO-2024
İspaniya yığmasının hücumçusu Niko Uilyams AVRO-2024-ün İngiltərə ilə 2:1 hesabı ilə başa çatan final qarşılaşmasının ən yaxşı oyunçusu seçilib.
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Uilyams qarşılaşmanın 47-ci dəqiqəsində hesabı açıb.
Qeyd edək ki, İspaniya tarixində dördüncü dəfə Avropa çempionu olub.