16 İyul 2024, 09:47
FUTBOL
Zaqreb “Dinamo”sunun hücumçusu Mahir Emreli yenidən “Qarabağ”ın formasını geyinəcək. Matc.az xəbər verir ki, bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, 27 yaşlı forvard Ağdam klubuna dönmək naminə bir neçə sərfəli təklifi rədd edib. Əlcəzairdən bir klub və “Sabah” onun xidmətində maraqlı olsa da, futbolçu bu variantlara müsbət yanaşmayıb.
“Qarabağ”a ən ciddi rəqib isə Almaniyanın II Bundesliqa təmsilçisi “Nürnberq” olub. Adıçəkilən komandanın baş məşqçisi olan məşhur almaniyalı Miroslav Kloze həmyerlimizlə şəxsən maraqlanıb. Lakin bu da Emrelini fikrindən daşındırmayıb. Onun “Qarabağ”la ilkin müqavilə bağladığı bildirilir.
Qeyd edək ki, Mahir Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.