PSJ baş məşqçisi Tomas Tuxellə yollarını ayırmağa hazırlaşır. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, almaniyalı mütəxəssis artıq komandaya söz keçirə bilmir.

Bu səbəbdən rəhbərlik onunla uğur qazanılmayacağını düşünür. Parislilər hətta yeni çalışdırıcılarını da seçiblər. Klub "Nyukasl"ın baş məşqçisi Rafael Benitesi bu posta gətirməyi planlaşdırır. Tuxellə müqaviləyə xitam verildikdən sonra Beniteslə danışıqlara başlanılacaq.

Qeyd edək ki, Liqa1-in çempionu olan PSJ Fransa kubokunun finalında "Renn"ə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest