“Zirə”, “Sumqayıt” və “Sabah”ın keçirəcəkləri oyunları idarə edəcək hakimlər bəlli olub.

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçiləri “Zirə”, “Sumqayıt” və “Sabah”ın II təsnifat mərhələsində keçirəcəkləri ilk oyunları idarə edəcək hakimlər açıqlanıb. Matc.az xəbər verir ki, iyulun 25-də “Zirə”nin Slovakiyanın “Dunayska Streda” klubu ilə ev oyunu lüksemburqlu hakimlərə həvalə edilib.

“Sumqayıt”ın Macarıstanın “Fehervar” komandası ilə ev matçında albaniyalı, “Sabah”ın İsrailin “Makkabi” (Hayfa) kollektivi ilə səfər qarşılaşmasında isə belçikalı hakimlər iş başında olacaqlar.

25 iyul

19:30. “Zirə” – “Dunayska Streda”
Dalğa Arena
Baş hakim: İvo Torres
Baş hakimin köməkçiləri: Rafael Morim, Dani Dias Balsa
Dördüncü hakim: Jasmin Sabotiç
(Hakimlər briqadası Lüksemburqdandır)

20:00. “Sumqayıt” - “Fehervar”
Mehdi Hüseynzadə adına şəhər stadionu
Baş hakim: Florian Lata
Baş hakimin köməkçiləri: Culio Mani, Rejdi Zaimi
Dördüncü hakim: Kresnik Cyapi
(Hakimlər briqadası Albaniyadandır)

21:15. “Makkabi” (Hayfa) - “Sabah”
Kişvarda stadionu
Baş hakim: Natan Verbumen
Baş hakimin köməkçiləri: Matias Hillaert, Ruben Vins
Dördüncü hakim: Uesli De Kremer
(Hakimlər briqadası Belçikadandır)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest