19 İyul 2024, 20:48
FUTBOL
“Barselona” “Atletik” (Bilbao) klubunun vingeri Niko Uilyamsı transfer etmək üçün öncədən aldığı 100 milyon avroluq kreditdən istifadə etməli olacaq.
Matc.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubunun Uilyamsa görə 58 milyon avro ödəməyə maliyyə imkanları yoxdur. Öz növbəsində, “Atletik” hücumçu üçün transfer məbləğinin hissə-hissə ödənilməsini istəmir.
Qeyd edək ki, ötən mövsüm Uilyams klub və milli komandanın heyətində bütün yarışlarda 48 matçda iştirak edib, 10 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında futbolçunun bazar dəyəri 60 milyon avrodur.