Türkiyə I liqasında XXXI tura yekun vurulub. Azərbaycan millisinin formasını geyinmiş Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" səfər oyununa çıxıb. Karabükdə yerli komandanın qonağı olan paytaxt təmsilçisi 3 xalı darmadağınla əldə edib.

Türkiyə I liqasında XXXI tura yekun vurulub. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinin formasını geyinmiş Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" səfər oyununa çıxıb.

Karabükdə yerli komandanın qonağı olan paytaxt təmsilçisi 3 xalı darmadağınla əldə edib. Belə ki, hər hissədə 2 qol vuran "Gənclərbirliyi" "Karabükspor" üzərində 4:0 hesablı qələbə qazanıb. 90 dəqiqəni əvəz edilmədən keçirən Dəniz ilk qolun müəllifi olmaqla yanaşı, Mərt Nobrenin vurduğu son topun da assistini edib.

Bu qələbə sayəsində liderliyini möhkəmlədən "Gənclərbirliyi" Superliqaya qayıtmağa hazırlaşır. Hazırda aktivində 67 xal olan komanda son 3 turda cəmi 1 xal toplasa, Superliqaya vəsiqəni rəsmiləşdirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest