Almaniya millisi və “Barselona”nın mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan cari transfer pəncərəsində klubu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “Catalunya Radio” paylaşıb.

Bildirilir ki, Gündoğana Qətərin “Əl-Sədd” klubundan 3 illik müqavilə təklifi var.

“Barselona” maaş yükünü azaltmaq, Dani Olmo və Niko Uilyamsın transferlərini reallaşdırmaq üçün onu buraxmağa hazırdır. Futbolçunun özü də bu transferə müsbət yanaşır.

Qeyd edək ki, “Əl-Sədd” Qətər çempionudur. Məhz bu klubda “Barselona”nın əfsanəsi Xavi karyerasını başa vurub, daha sonra “Əl-Sədd”in baş məşqçisi olub.

Ötən mövsüm Gündoğan La Liqada 36 matçda 5 qol vurub, 9 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest