Danimarka millisinin 28 yaşlı müdafiəçi yarımmüdafiəçisi Pyer-Emil Hoybyerq “Marsel”də çıxış edəcək.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hoybyerq “Tottenhem”dən məcburi satınalma maddəsi ilə icarə əsasında “Marsel”ə keçib. Daha əvvəl transfer məbləğinin 13,5 milyon avro olacağı bildirilirdi.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2020-ci ildən “Tottenhem”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 39 oyun keçirib və qol vura bilməyib. Futbolçunun London klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” internet portalına görə futbolçunun təxmini dəyəri 18 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest