“Atletiko”nun 33 yaşlı müdafiəçisi Stefan Saviç karyerasını “Trabzonspor”da davam etdirəcək.

Matc.az xəbər veri ki, bu barədə məlumatı jurnalist Fabrisio Romano “X” sosial şəbəkəsində paylaşıb.

Bildirilir ki, Monteneqro millisinin futbolçusu Türkiyə klubu ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalayıb.

Xatırladaq ki, 33 yaşlı Saviç 2015-ci ildən Madrid klubunda çıxış edir. “Atletiko”nun heyətində Stefan İspaniya çempionu, UEFA Avropa Liqasının qalibi və UEFA Super Kubokunun qalibi olub. Ötən mövsüm müdafiəçi 32 oyun keçirib. “Transfermarkt” internet portalında futbolçunun təxmini dəyəri 2,5 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest