 
 
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.
Matc.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 11 qarşılaşma keçirilib.
“Qarabağ” Cəbəllütariqdə “Linkoln”a 2:0 hesabı ilə qalib gəlib. Türkiyə “Fənərbaxça”sı Luqanoda eyniadlı klubu 4:3 hesabı ilə məğlub edib.
Qeyd edək ki, ilk oyunlara iyulun 24-də keçiriləcək “Lüdoqorets” – “Dinamo” (Minsk), PAOK – “Borats” və “Selye” – “Slovan” görüşləri ilə yekun vurulacaq.
	Çempionlar Liqası
	II təsnifat mərhələsi, ilk oyunlar
	23 iyul
	19:00. “Bodo Qlimt” – RFŞ - 4:0
	19:30. “Panevejis” – “Yagellonya” - 0:4
	20:00. “Linkoln” – "Qarabağ” - 0:2
	21:00. APOEL – “Petrokub” - 1:0
	21:00. “Malmö” – “Klaksvik” - 4:1
	21:30. “Styaua” – “Makkabi” (Tel-Əviv) - 1:1
	22:00. “Ferentsvaroş” – TNS - 5:0
	22:00. “Santa Koloma” – “Midtulland” - 0:3
	22:00. “Dinamo” (Kiyev) – “Partizan” - 6:2
	22:30. “Luqano” – “Fənərbaxça” - 3:4
	23:00. “Şemrok Rovers” – “Sparta” - 0:2

 
             
 















