Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qadınların kamandan oxatma yarışında sıralama turu başa çatıb. Matc.az xəbər verir ki, Azərbaycan idmançısı Yaylagül Ramazanova da qüvvəsini sınayıb.

O, 647 xal toplayaraq, 39-cu yeri tutub. Bu, Ramazanovanın mövsümdə ən yaxşı göstəricisidi.

Sıralama turunun birincisi olan Cənubi koreyalı Sihyeo Lim isə həm dünya, həm də Olimpiya rekordunu yeniləyib. 694 xal toplayan Lim 2019-cu ildə dünya rekordu qıran Çaeyanq Kanqın 692 xallıq göstəricisini yaxşılaşdırıb.

1/32 final mərhələsi iyulun 30-da keçiriləcək. Ramazanova həmin mərhələdə çinli Quxuan Anla qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan  Parisdə 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest