Kanadalı pop müğənni Selin Dion və amerikalı Ledi Qaqa 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasiminə başçılıq edəcəklər.

Matc.az xəbər verir ki, bu barədə məlumatı “İndependent” paylaşıb.

Bildirilir ki, məşhur sənətçilər Edit Piafın “La Vie en rose” mahnısını birlikdə məşq ediblər.

Selin Dion əzələ sərtliyi sindromu diaqnozu qoyulduğu üçün dünya turunu ləğv etdikdən sonra 2022-ci ildən bəri ilk dəfə səhnəyə çıxacaq.

Qeyd edək ki, Parisdə təşkil olunan Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Açılış mərasimi cümə günü, iyulun 26-da baş tutacaq. Tədbir Bakı vaxtı ilə 21:30-da başlayacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest