Açılış mərasimindəki paradda Azərbaycanın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.

Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək. Matc.az xəbər verir ki, Olimpiadanın açılış mərasimi Parisdə, Sena çayının ətrafında baş tutacaq.

Açılış mərasimi Bakı vaxtı ilə 21:30-da gerçəkləşəcək.

Sena çayı boyunca 6 kilometrlik marşrutda 12 bədii səhnə, Fransanın irsi, Paris, şəhərin abidələri və marşrut boyunca körpüləri nümayiş etdiriləcək. 10 500 idmançı Parisin mərkəzindən qayıqlarla Sena çayı boyunca üzəcək.

Açılış mərasimindəki paradda Azərbaycanın bayraqdarları cüdoçu Gültac Məmmədəliyeva və boksçu Məhəmməd Abdullayev olacaq.

Qeyd edək ki, Azərbaycan Fransada 48 idmançı ilə təmsil olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest