Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti qalmaqal baş verib. Açılış mərasiminə az vaxt qalmış Fransada bomba şoku yaşanıb. Fransanın İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu barədə xəbərlər yayılıb.
Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti qalmaqal baş verib. Matc.az xəbər verir ki, açılış mərasiminə az vaxt qalmış Fransada bomba şoku yaşanıb.
Belə ki, Fransanın İsveçrə ilə sərhədindəki Bazel-Myluz Hava Limanında partlayıcı maddə olduğu barədə xəbərlər yayılıb. Bununla əlaqədar hüquq-mühafizə orqanları dərhal hava limanını boşaldıblar. Bir neçə saatlıq yoxlanışın ardından aeroport sərnişinlərin ixtiyarına verilib.
Qeyd edək ki, Paris-2024-ün açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.