Paris-2024 Yay Olimpiya Oyunlarına yollanan iraqlı cüdoçu Sadjad Qanim Sehen antidopinq qaydalarını pozub. Matc.az xəbər verir ki, bu səbəbdən o, olimpiadadan uzaqlaşdırılıb.

Sehendən götürülən dopinq testin nəticəsi müsbət çıxıb. Paris-2024-dən kənarlaşdırılan 28 yaşlı cüdoçu İdman Arbitraj Məhkəməsinə müraciət edə bilər.

Qeyd edək ki, açılış mərasimi bu gün keçiriləcək olimpiada avqustun 11-dək davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest