Paris Olimpiadasında birinci və ikinci yerləri tutan idmançılara veriləcək medal əyarlarının qiyməti 2021-ci il Tokio Olimpiadası ilə müqayisədə artıb.

Matc.az xəbər verir ki, Danimarkanın “Saxo Group” şirkətinin hesablamalarına görə, qızıl əyarlı medalın təxmini dəyəri 1000 dollara yaxındır.

Ən nəzərəçarpacaq dəyər artımı qızıl medallarda müşahidə olunur. Tokio Yay Olimpiya Oyunlarında 763 dollara olan qızıl əyarlı medalın dəyəri Parisdə 935 dollara qədər artıb. Gümüş medallar da bahalaşıb - 415 dollardan 473 dollara qədər. Yalnız bürünc medallar 4,1 dollardan 3,9 dollara qədər ucuzlaşıb.

“Saxo Group” qızıl və gümüş mükafatlarının dəyərinin artmasını, yaşıl enerjiyə qlobal keçidlə əlaqədar sözügedən metallara tələbatın artması ilə bağlı olduğunu əsas gətirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest