Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilib.

Tədbir tarixdə ilk dəfə stadiondan kənarda Sena çayının sahilində təşkil olunub.

Rəsmi və bədii hissələrin bir-birini əvəz etməsi açılışın əsas özəyi olub. Əfsanəvi futbolçu Zinədin Zidanın iştirakı ilə Olimpiya məşəli 3 uşaqdan ibarət qrupun köməyi ilə Sena çayında qayıqda gözləyən, amma bilinməyən qəhrəmana çatdırılıb. Təşkilatçılar son anadək məşəli alovlandıracaq şəxsi gizli saxlamaq qərarına veriblər.

Beynəlxalq Olimpiya Komitəsi prezidenti Tomas Bax və Fransa preizdenti Emmanuel Makronun tamaşaçıları salamlamasından sonra açılış mərasiminə start verilib.

Sena çayında təşkil olunan mərasim minlərlə idmançını daşıyan 85 gəminin Austerlits körpüsündən hərəkətə başlaması ilə start götürüb. İlk olaraq Olimpiadanın yaradıcıları hesab olunan Yunanıstan fəxri kürsünün önündən keçib.

Parisdə səhnədə yer alan ilk sənət nümayəndəsi Ledi Qaqa olub. O, “Mulen Ruj” tarixi rəqs qrupunun iştirakı ilə klassik Fransa kabaresindən mahnı səsləndirib. Fransanın müasir musiqi ulduzu Ayya Nakamura İncəsənət Körpüsündə çıxış edib. Onu respublika qvardiyasının orkestri müşayiət edib.

XXXIII Yay Olimpiya Oyunları gender bərabərliyi ilə əvvəlkilərdən fərqlənir. Fransanın inkişafında tarixi imza atan qadınlara həsr olunmuş səhnə nümayiş etdirilib. 10 tarixi şəxsiyyətin heykəli tamaşaçılara təqdim olunub.

Parisin dünyanın moda paytaxtı olması da unudulmayıb. Təşkilatçılar xüsusi qurulmuş səhnədə rəngarəng geyimlərin nümayişini təqdim edib.

Olimpiya bayrağının dalğalanmasından sonra yarışın Təşkilat Komitəsinin sədri Toni Estanqe və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edərək, idmançılara uğurlar arzulayıblar.

Sonra Olimpiya məşələnin alovlandırılması prosesinə start verilib. Dünyanın və Fransanın tanınmış idmançılarının məşəli daşımasından sonra atlet Joze-Mari Perek və cüdoçu Teddi Riner iştirakı ilə alavonan hava şarı Paris səmalarında dövrə vurub.

Selin Dionun “Hymne a l'amour” (Sevgi himni) sədaları altında Olimpiadanın açılış mərasiminə yekun vurulub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest